Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da smartfon sahibləri daha çoxdur


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Pew Research Center” tədqiqat mərkəzinin məlumatına görə, 2012-ci ilin fevral ayında ABŞ-da smartfon sahiblərinin sayı adi telefon sahiblərinin sayını ötüb.
Analitiklərin məlumatına görə, hazırda ABŞ-ın 18 yaşdan yuxarı 46% sakini smartfona malikdir.

41% amerikalı isə adi telefonlardan istifadə edir. Tədqiqat nəticəsində məlum olub ki, təxminən 12% ABŞ sakini mobil qurğuya malik deyil. Lakin onların sayı getdikcə azalır.Məlumat üçün bildirim ki, tədqiqatda 18 yaşdan yuxarı 2500 amerikalı  iştirak edib.





 
EMİL
 
 





02/03/12    Çap et