Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli şirkət kibercinayətkarlıq üzrə məlumat bazası yaradıb


"Smart Systems Technology” şirkəti istifadəçilərə "Kibercinayətkarlıq haqda" konvensiyanın tələblərinə cavab verən məlumat bazasını yaradıb. İşlər Azərbaycanda "Kibercinayətkarlıq haqda" konvensiyanın şərtlərinə əsasən aparılıb.

Azərbaycanın konvensiyaya qoşulması milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılmasında respublika qarşısında öhdəliklər qoyur. Bu gün Azərbaycanın internet provayderlərinin mövcud infrastrukturu monitorinqlər aparmağa və internet istifadəçiləri tərəfindən aparılmış əməliyyatlar haqda məlumatı 6 ay müddətində saxlamağa imkan verir.

İnternet provayderlərin informasiya bazası hüquq-mühafizə orqanlarında ya mövcud qanunvericilik əsasında, ya da məhkəmə qərarı ilə mümkün ola bilər. Konvensiyanın şərtlərinə əsasən, hücuma məruz qalan ölkə, hücumun hardan həyata keçirildiyini bilmək üçün dövlətin hüquq-mühafizə orqanları ilə birgə əməliyyat keçirmək hüququna malikdir.




03/03/12    Çap et