Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NASA”-nı 13 dəfə “sındırıblar”


"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, ABŞ-ın Milli aerokosmik agentliyinin (NASA) kompyuter sistemləri 2011-ci il ərzində hakerlər tərəfindən 13 dəfə "sındırılıb". Nəticədə onlar əməkdaşların şəxsi məlumatlarına və agentliyin layihələrinə giriş əldə edə biliblər. "NASA" saytında belə qeyd edilib. Məlumat üçün bildirim ki, Milli aerokosmik agentlik kibertəhlükəsizliyə 58 milyon dollar vəsait xərcləyir,- "NASA" saytında dərc edilmiş sənəddə agentliyin müfəttişi Pol Martin qeyd edib. Martinin sözlərinə görə, "NASA" məlumatlarının hakerlərdən müdafiəsi üzərində kifayət qədər işləmir. Belə ki, onun kompyuter sistemləri ciddi kiberhücumlara qarşı kifayət qədər hazır deyil.

EMİL




03/03/12    Çap et