Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
.az domen zonasında Azərbaycan saytlarının sayı 9,57 faiz artıb
.az milli domen zonasında 11 926 internet-resurs qeydə alınıb. Xəbəri “WHOIS” yayıb.
Son altı ay ərzində .az milli domen zonasında qeydə alınan internet-resursların sayının artımı 9,57 faiz təşkil edib. Qeydə alınan saytların ümumi sayından 10 906 ədəd domendə birinci səviyyəli qeydə alınan resursların payına düşür. Orada 10,1 faiz artım qeydə alınıb. İkinci səviyyəli daha populyar domen .com.az -dır. Orada 578 sayt qeydə alınıb. Artım 3,7 faiz təşkil edib.
Populyarlığına görə üçüncü yeri .edu.az tutur. Orada 133 internet sayt qeydə alınıb. Bu, ilin əvvəlinə olan göstəricidən 9 faiz çoxdur. Dünya statistikasına əsasən, dünyada aktiv domen adların ümumi sayı (iyulun 4-nə olan vəziyyətə görə) 131 milyon ədəd təşkil edir. Daha sıx zona .com hesab edilir. Orada indi 95,8 internet-resurs aktivdir. İkinci yerdə .net-dir. Bu domendə 14 milyon aktiv ad var. Üçüncü yerdə qərarlaşan .org domenində 9,2 milyon ad var. Məlumat üçün bildirək ki, .az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manata bərabərdir. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir.
05/07/11 Çap et