Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron imza həlləri üçün proqram paketinin yeni versiyası istifadəyə verilib
“SİNAM” şirkətində yaradılmış “SPKIS” – elektron imza həlləri məlumatların imzalanması, şifrlənməsi, elektron sertifikatların yaradılması, paylanması və idarə olunması, həmçinin digər elektron imza tətbiqli məsələlərin həlli üçün proqram paketidir.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, son dövrdə “SPKIS” elektron imza həlləri layihəsi çərçivəsində “SPKIS-CS” – Sertifikat xidmətləri proqram paketinin yeni 2.1.4.1 versiyası hazırlanaraq istifadəyə verilib.
Bu versiyada sertifikat mərkəzinin strukturunda dəyişiklik edilərək, mərkəzlərin rekursiv yaradılma imkanları təmin olunmuşdur. Bundan əlavə mərkəzin akkreditasiyası, reakkreditasiyası, mərkəzin sertifikatlarının daha geniş imkanlarla idarə olunma funksiyaları əlavə olunub.
Artıq “SPKIS-CS” – Sertifikat xidmətləri proqram paketi imkan verir ki, korporativ mühitdə istifadə olunan sertifikat mərkəzi istənilən zamanda digər sertifikasiya mərkəzində yenidən akkreditasiya oluna bilsin.
Bu zaman mərkəzin indiyə qədər nəşr etdiyi istifadəçi sertifikatları istifadə müddəti bitənə qədər problemsiz fəaliyyətlərinə davam edə bilərlər. Layihə çərçivəsində yeni inkişaf yönümlü işlər aparılmaqdadır.
CAHANGİR
05/03/12 Çap et