Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti 50 milyondan çox planşet satacaq


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, 2012-ci ilin nəticəsinə görə, “Apple” şirkəti 55 milyon planşet kompyuteri sata bilər. Bu rekorda imza atılmasında şirkətin mart ayının 7-si tarixində təqdim ediləcək “iPad3” planşetinin böyük rolu olacaq”. “Sterne Agee” şirkətinin mütəxəssisləri belə proqnoz veriblər.

Analitik Şo Vu investorlara ünvanladığı məktubunda bildirib ki, üçüncü nəsil “iPad” planşeti “Retina” ekran ilə təchiz olunacaq. Məlumat üçün bildirim ki, belə ekranlar artıq “iPhone 4” və “4S” smartfonlarında istifadə olunub. Bundan əlavə, ekspertin fikrincə, yenilik “4G” şəbəkələrdə işləmək üçün modula malik olacaq və “Apple Siri” səsli idarəetməni dəstəkləyəcək.

İlkin məlumatlara görə, “iPad 3” planşet kompyuteri “iPad 2” ilə müqayisədə daha nazik olacaq, “Thunderbolt” interfeysi və daha yüksək təsvir ölçülü kameraya malik olacaq.

 
EMİL
 





05/03/12    Çap et