Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2012-ci ilin birinci rübündə e-riderlərin tədarük həcmi 2 milyon təşkil edəcək
"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "Digitimes Research" analitik şirkətinin proqnozuna əsasən, 2012-ci ilin birinci rübündə elektron riderlərin tədarükləri 2 milyon təşkil edəcək.
Müqayisə üçün: 2011-ci ilin dördüncü rübündə onların sayı 9 milyon olub. "Digitimes" şirkəti bu qədər azalmanı ilk növbədə mövsümi amillərlə, həmçinin dünya iqtisadiyyatının qeyri-sabit vəziyyəti ilə izah edir.
"Digitimes Research" şirkətinin hesablamasına əsasən, bütövlükdə, 2011-ci il ərzində e-rider tədarükləri 22,82 milyon qurğu təşkil edib. Bu göstərici isə 2010-cu il ilə müqayisədə 107% çoxdur.
EMİL
05/03/12 Çap et