Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada ən populyar mobil veb-səyyah məlum olub
"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "StatCounter" statistikasına əsasən, "Android" platformasına quraşdırılmış səyyah dünyada ən populyar mobil veb-səyyah olub. Fevral ayında onun payı 22,67% təşkil edib.
Qeyd edim ki, "Opera"-nın mobil versiyaları uzun müddət lider olublar, lakin keçən ayın nəticəsinə görə smartfon və planşet sahiblərinin 21,7%-i ondan istifadə edib. 21% göstərici ilə "Safari"-nin mobil səyyahı üçlükdə yer alıb.
"Symbian" platformasına quraşdırılmış səyyahın payı sürətlə azalır. Hazırda onun payı 11,24% təşkil edir və dördüncü yerdədir.
EMİL
05/03/12 Çap et