Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Maykl Cekson pərəstişkarlarına ağır itki üz verib
"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, Maykl Ceksonun heç vaxt səsləndirilməyən musiqiləri də daxil olmaqla, 160 milyon funt (250 milyon dollar) həcmində tam diskoqrafiyası "Sony Music" korporasiyasından oğurlanıb.
Hakerlər "Sony Music" korporasiyasının verilənlər bazasından "pop-musiqi kralı"nın 50 mindən çox musiqi faylını köçürüblər. Korporasiya bu faktı təsdiq edib, lakin nə qədər fayl oğurlandığı haqqında məlumat verməyib.
Məlumat üçün bildirim ki, hakerlər 2011-ci ilin aprel ayında "Sony PlayStation Network" şirkətinin 77 milyon müştərisinin şəxsi informasiyasını oğurlayıblar. Bu hadisə firmanın nüfuzuna ciddi zərbə vurmuşdu.
Qeyd edim ki, "pop-musiqi kralı" 2009-cu il iyun ayının 25-də 50 yaşında dünyasını dəyişib.
EMİL
05/03/12 Çap et