Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Milli Televiziya və Radio Şurası iki lisenziyanın müddətini 6 il də uzatdı
Milli Televiziya və Radio Şurasının (MTRŞ) son iclasında "Alternativ" Teleradio Məhdud Məsuliyyətli Cəmiyyətinin və "Xəyal" Müstəqil Teleradio şirkətinin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, lisenziya ilə bağlı müraciətlər müsbət cavablandırılıb. Belə ki, MTRŞ "Alternativ" Teleradio Məhdud Məsuliyyətli Cəmiyyətinin və "Xəyal" Müstəqil Teleradio şirkətinin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib. Ş
uradan vurğulanıb ki, qərarın verilməsində "Televiziya və radio yayımı haqqında" Azərbaycanın 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı qanununun 22.3-cü maddəsinin tələbləri, eləcə də respublika prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.9-cu bəndi əsas götürülüb.
HƏQİQƏT
05/03/12 Çap et