Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Eurovision 2011” qaliblərinin şərəfinə yeni marka buraxıldı


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti Azərbaycanın “Eurovision 2011” mahnı müsabiqəsində qələbəsinə həsr edilmiş poçt markası təqdim edib.
Müsabiqədə qalib gəlmiş Eldar Qasımov və Nigar Camalın fotoşəkillərinin əks olunduğu poçt vərəqi 15 minlik tirajla buraxılıb. Markanın nominal dəyəri isə 1 manat təşkil edir.
Xatırladaq ki, Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” mahnı müsabiqəsində 43 ölkə arasında azərbaycanlı duet Eldar Qasımov və Nigar Camal birinci yeri əldə edərək qələbə qazanıb.




05/07/11    Çap et