Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo” internet şirkəti kütləvi ixtisar etməyi planlaşdırır


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Yahoo” internet şirkətinin baş direktoru Skott Tompson şirkətdə genişmiqyaslı struktur işlərinin aparılmasını planlaşdırır.

“ATD” mənbələrinin məlumatına görə, “Yahoo” internet şirkətində minlərlə işçi ixtisar ediləcək.
2012-ci ilin əvvəlinə olan məlumata əsasən, “Yahoo” şirkətində 14 mindən çox ştatda olan əməkdaş çalışıb. Bundan əlavə, xeyli sayda proqram təminatı tərtibatçıları şirkətlə müqavilə əsasında əməkdaşlıq edib.

Məlumat üçün bildirim ki, şirkətdə keçən ildən bəri korporativ böhran yaşanır və biznesin xilas edilməsi üçün effektiv strategiyaya ehtiyac var idi. Şirkət artıq mart ayının sonunda planı elan edə bilər.

Qeyd edim ki, “Yahoo” internet şirkətinin “US GAAP” üzrə xalis mənfəəti 2011-ci ilin dördüncü rübünün nəticəsinə görə 5% (296 milyon dollar) azalıb.
 
EMİL





06/03/12    Çap et