Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ən sürətli robot-gepard (VİDEO)
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, ABŞ-ın “DARPA” Perspektiv Müdafiə Tədqiqatları Agentliyi robot-gepard təqdim edib. Robot-gepard “DARPA” laboratoriyasında aparılan sınaq zamanı saatda 29 km qaçış sürətinə nail ola bilib. Beləliklə, 1989-cu ilin rekordu təzələnib. Qeyd edim ki, o zaman robot saatda 21 km qaçış sürətinə nail ola bilmişdi.
Mühəndislər 2012-ci ildə robot-gepardı açıq ərazidə sınaqdan keçirməyi planlaşdırırlar.
Hazırda robotun hərəkəti hidravlik kompressor ilə təmin olunur. Açıq ərazidə sınaq zamanı enerjinin hansı üsulla verilməsi haqqında məlumat verilməyib.