Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mikroelektronika satışları azalıb
"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "Semiconductor Industry Association" (SIA) assosiasiyasının hesabat məlumatlarına əsasən, 2012-ci ilin yanvar ayında yarımkeçirici məhsulların satışları 23,7 milyard dollar təşkil edib. Bu göstərici 2011-ci ilin analoji dövrü ilə müqayisədə 2.7% azdır. 2011-ci ilin dekabr ayı ilə müqayisədə azalma 8,8%-ə bərabər olub.
"SIA" assosiasiyasının hesabatında qeyd edilib ki, aylıq azalma – bu, mövsümi amildir, lakin illik azalma dünya iqtisadiyyatındakı qeyri-stabil vəziyyət ilə bağlıdır. "Dünya iqtisadiyyatındakı qeyri-stabil vəziyyət, yüksək inflyasiya və Avropa borc böhranı elektron məhsulun satışlarına təzyiq göstərməyə davam edir" – "SIA" prezidenti Brayen Tui qeyd edib.
EMİL
06/03/12 Çap et