Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təyyarələrdə “Amazon.com” internet-mağazasına pulsuz çıxış imkanı olacaq
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, dünyanın ən böyük internet-mağazası “Amazon.com” “Delta Air Lines” aviaşirkəti ilə saziş imzalaması haqqında məlumat verib. Saziş çərçivəsində “Delta Air” təyyarəsinin sərnişinləri “Amazon” internet-mağazasında satınalmaları birbaşa uçuş zamanı həyata keçirə biləcəklər.
“Delta Air Lines” təyyarəsinin sərnişinləri “Amazon.com” və “Amazonwireless.com” saytlarına pulsuz çıxış imkanına malik olacaqlar. Sazişin maliyyə şərtləri haqqında məlumat verilməyib, -“TechFlash.com” yazıb.
Məlumat üçün bildirim ki, “Delta” aviaşirkəti vasitəsi ilə hər il 160 milyondan çox insan uçuş həyata keçirir. Analitiklər qeyd ediblər ki, bu saziş “Amazon.com”-a ABŞ-da potensial alıcıların auditoriyasını artırmaq imkanı verir.
EMİL
06/03/12 Çap et