Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qubanın yeni qəsəbəsində yeni poçt və ATS binaları inşa olunub


Quba rayonunun Güləzi kəndində baş verən sürüşmədən sonra prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetində xüsusi komissiya yaradılıb. Komissiyanın üzvləri və FHN-in nümayəndələri tərəfindən sürüşmə zonasına baxış keçirilib və Güləzi kənd sakinləri üçün Aşağı Atucda yeni qəsəbə salınması qərara alınıb. Artıq yeni qəsəbə sakinlərin ixtiyarına verilib.

  Qeyd edək ki, Aşağı Atuc qəsəbəsinin inşasına 2010-cu ilin iyun ayından başlanılıb. Qəsəbə Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsindən zərərçəkən sakinlər üçün salınıb.

Qəsəbə sakinlərinin rahatlığı üçün ərazidə klub, kitabxana və istirahət parkı fəaliyyət göstərəcək. Yeni yaşayış məntəqəsində 240 yerlik məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, ATS və digər inzibati binalar da inşa olunub.





06/03/12    Çap et