Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu gün informasiya texnologiyalarının hüquq sahəsində tətbiqi Londonda müzakirə olunur
06-07.03.2012 tarixlərində Böyük Britaniyanın London şəhərində Legal IT London sərgisi keçiriləcək. “Business Design Centre” reallaşan sərgi proqram təminatı və informasiya texnologiyalarının hüquq sahəsində tətbiqi məsələlərini əhatə edir.
Məlum olduğu kimi, informasiya texnologiyaları müxtəlif sahələrə tətbiq olunaraq həmin sahənin yeni inkişaf xüsusiyyətlərini, problemlərini meydana çıxardığı kimi, həmin sahələr də öz növbəsində informatikanın qarşısında ona xas olan yeni problemləri yaradır, o cümlədən hüquq-mühafizə orqanlarında, hüquqşünaslıqda, hüquqi proseslərdə geniş tətbiqi informasiya texnologiyalarının özünün hüquqi problemlərini yaradıb.
Bu sərginin də keçirilməsində əsas məqsəd bu məsələlərin müxtəlif aspektlərini diqqətə çatdırmaq, sahə mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına yardım etmək və qarşılıqlı müzakirələr nəticəsində yeniliklərlə tanış olmaqdan ibarətdir.
06/03/12 Çap et