Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ədliyyə Nazirliyi xidmət sahələrini elektronlaşdırıb


Ədliyyə Nazirliyi elektron xidmətlər köşkünü tətbiq edib. Nazirlikdən verilən məlumatda bildirilir ki, nazirliyin orqanlarında tətbiq olunması üçün proqramlaşdırılmış həmin köşk vasitəsilə notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı qaydalarına dair məlumatların dərhal əldə olunması, bütün növ ödənişlərin elektron qaydada aparılması, nazirliyin "qaynar xətt"inə və elektron poçtuna birbaşa müraciətlərin edilməsi mümkündür.

Nazirlikdə hesab edirlər ki, bununla da şəffaflığın artırılmasına və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına, inzibati işçilərlə bilavasitə təmasın minimuma endirilməsinə, habelə vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəlməsinə nail olunacaqdır.
 





06/03/12    Çap et