Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bolqarıstanlı alimlər zibildən qaz yanacağı əldə edib
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, Bolqarıstan Elmlər Akademiyasının alimləri zibildən qaz yanacağı əldə edilməsi üsulunu ixtira ediblər. Əldə olunan yanacaq energetika və gündəlik məişətdə istifadə oluna bilər.
"Bizim tərəfimizdən təklif edilmiş metod bərk məişət tullantılarının yüksək temperaturda aşağı enerji istehlakı ilə emalından ibarətdir. Nəticədə biz əsas məhsul kimi karbon oksidi və hidrogenlə zəngin olan qaz əldə edirik və bu qaz energetika və məişətdə istifadə oluna bilər" - Bolqarıstan Elmlər Akademiyasının Mühəndislik Kimyası İnstitutunun professoru Venko Beşkov bildirib.
Elmi institutdan bildiriblər ki, belə texnologiya indiyə qədər məlum olmayıb və alim kollektivin orijinal hazırlamasıdır.
EMİL
06/03/12 Çap et