Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Anonymous” haker qruplaşması antivirus şirkətinin saytını “sındırıb” (ViDEO)


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Lulzsec” haker qruplaşması iştirakçılarının həbs edilməsindən dərhal sonra “Anonymous” haker qruplaşması “Panda Security” antivirus şirkətinin veb-saytını “sındırıb”.

Məlumat üçün bildirim ki, bu hadisədən bir neçə saat əvvəl ABŞ “FTB”-si (Federal Təhlükəsizlik Bürosu) və İrlandiya polisi “LulzSec” haker qruplaşmasının 5 üzvünün həbs edilməsi haqqında məlumat vermişdi. Həm də mətbuatda yayımlanmış xəbərə görə “Panda Security” antivirus şirkəti hakerlərin ələ keçirilməsində hüquq-mühafizə orqanlarına kömək göstərib.

"Anonymous qruplaşması “LulzSec”-dən əvvəl mövcud idi və onlardan sonra da mövcud olacaq" – “Panda” şirkətinin saytında “sındırılmış” veb-səhifələrdə qeyd olunub.
Monitorinq məlumatlarına əsasən, hakerlər “Panda” serverlərində cəmi 36 səhifə “sındırıblar”.



EMİL





07/03/12    Çap et