Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” yeni smartfon təqdim edib
"İCTnews" elektron xəbər xidməti bildirir ki, "Samsung" şirkəti "Galaxy Pocket" smartfonunu təqdim edib. Qurğu 320×240 piksel təsvir ölçülü 2,8 düymlü ekran ilə təchiz edilib və "Android 2.3" əməliyyat sistemi ilə işləyir. Qurğunun qiyməti, həmçinin çıxarılma tarixi haqqında məlumat verilməyib.
Smartfon 832 MHs (meqahers) takt tezlikli prosessor, 2 meqapikselli kamera, "Bluetooth 3.0" və "Wi-Fi" modulları, akselerometr, rəqəmli kompas və "microSD" slotu ilə təchiz olunub. "Samsung" şirkətindən bildirilib ki, "Galaxy Pocket" smartfonu 3 QB daxili yaddaşa malikdir.
Modelin ölçüləri 104×58×12 mm, çəkisi isə 97 qr təşkil edir. Smartfon 1200 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib, lakin şirkət avtonom iş müddəti haqqında məlumat verməyib.
EMİL
07/03/12 Çap et