Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter” mikrobloqlar xidmətinin interfeysi daha 4 dilə tərcümə edilib
"Twitter" mikrobloqlar xidmətinin interfeysi daha 4 dilə (ərəb, fars, yəhudi, urdu) tərcümə olunub. Bu barədə "Twitter"-in korporativ bloqu məlumat verib. Qeyd edim ki, fevral ayının 20-si tarixində "Barkamp" təşkilatının layihə meneceri İlqar Mirzə bildirib ki, "Twitter Inc." şirkəti "Twitter" mikrobloq servisinin Azərbaycan dilinə lokallaşdırılmasına başlayır.
Hazırda "Twitter" xidmətinin istifadəçi interfeysi 28 dili dəstəkləyir.Məlumat üçün bildirim ki, "Twitter" xidmətindən 200 milyondan çox insan istifadə edir.
EMİL
07/03/12 Çap et