Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məlumatların saxlanılması üçün onlayn xidmət istifadəyə verilib
"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "Google" şirkəti rəqəmli məzmunun "bulud"da saxlanılması və satın alınması üçün "Google Play" adlı xidmət istifadəyə verib. Bu barədə "Google" şirkətinin korporativ bloqunda məlumat verilib.
"Google Play" onlayn xidməti musiqi, film, kitab və əlavələri şirkətin serverlərində saxlamaq üçün nəzərdə tutulub. İstifadəçi məzmununa fərdi kompyuterdən veb-brauzer vasitəsilə və ya mobil qurğulardan çıxış əldə edə biləcək.
"Google Play" onlayn xidmətinin istifadəçiləri 20 minə qədər musiqini pulsuz saxlaya və milyonlarla yeni kompozisiya satın ala biləcəklər. Bundan əlavə, onlar əlavələri "Android Market" mağazasından yükləyə, elektron kitabları oxuya və filmləri icarəyə götürə biləcəklər.
Beləliklə, "Google" internet-şirkətinin "Android Market" ("Android" platforması üçün əlavələr), "Google Music" (musiqi məzmunu) və "Google eBookstore" (elektron kitablar) onlayn mağazaları "Google Play" xidmətinin hissəsi olacaq, şirkətin bloqunda "Google"-un rəqəmli məzmun üzrə direktoru Ceymi Rozenberq (Jamie Rosenberg) bildirib.
EMİL
07/03/12 Çap et