Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Berlində informasiya cəmiyyətinin texniki və qeyri-texniki aspektləri müzakirə olunacaq
Mart ayının 10-da başlayan Almaniyanın Berlin şəhərində işə başlayan “IADIS e-Society” beynəlxalq konfransı martın 13-də yekunlaşacaq. Konfransın əsas hədəfi informasiya cəmiyyəti istiqamətində maraq doğuran məsələlərin müzakirəsini təqdim etməkdən ibarətdir.
Tədbir informasiya cəmiyyətinin texniki və qeyri-texniki aspektlərini əhatə edir. Müzakirələrdə e-təhsil, e-ticarət, e-səhiyyə, ümumilikdə elektron hökumət üzrə olan uğurlar və problemlər nəzərə çatdırılacaq.
Konfransın materialları kitab, disk və elektron resurs kimi ictimaiyyətə təqdim olunur. Beynəlxalq sərgisi dünya üzrə aparıcı şirkətlərin ekspertlərini, alimləri, dövlət orqanlarının nümayəndələrini bir yerə toplayacaq.
07/03/12 Çap et