Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” və “LG” şirkətləri 4 mm qalınlığa malik televizorlar istehsal edəcəklər
“Samsung” və “LG” şirkətləri televizor bazarında öz mövqelərini gücləndirmək və cari ildə qalınlığı “iPad 2” planşetindən daha az olacaq 55 düymlü modellərin istehsalına başlamaq niyyətindədirlər.” OLED” panellərlə təchiz edilmiş belə qurğuların qalınlığının təxminən 4 mm olacağı bildirilib.
"OLED” ekranlarla təchiz edilmiş televizorlar bazardakı oyun qaydalarını dəyişdirəcək" . “Tong Yang Securities” şirkətinin analitiki belə hesab edir.
“iSuppli” şirkəti analitiklərinin fikrinə görə, 2015-ci ildə “OLED” televizor tədarükləri 2,1 milyona qədər arta bilər. Məlumat üçün bildirim ki, hazırda onların tədarükləri 34 min təşkil edir.
EMİL
07/03/12 Çap et