Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakı ətrafı qəsəbələrdə CDMA stansiyaları qurulacaq
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) gələcəkdə paytaxtın ətraf yaşayış məntəqələrində vətəndaşların telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə CDMA baza stansiyasının qurulmasını planlaşdırır.
Birlikdən verilən məlumata görə, Bakı və ətraf qəsəbələrdə aparılan monitorinq nəticəsində daha bir neçə yerdə stansiyaların qurulmasına ehtiyac yarandığı məlum olub.
Hal-hazırda BTRİB tərəfindən Bakıda iki yerdə baza stansiyası qurulub.
Qeyd edək ki, avadanlıqlar "Huawei" şirkətindən alınıb və şəbəkə üzrə ümumi tutum 20 min nömrəyə çatdırılıb.
RƏVAN
07/03/12 Çap et