Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MobiTel”: Əhali zəmanətli “Nokia” telefonlarına üstünlük verir


Bakı şəhərində mobil telefon istifadəçiləri arasında maraqlı sorğu keçirilib. “MobiTel” şirkətindən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, keçirilən sorğuda məqsəd mobil telefon istifadəçilərinin daha çox hansı mobil telefon markasına üstünlük verdiyini öyrənmək olub.

Sorğuda iştirak edən respondentlər müxtəlif yaş qruplarına bölünüb. Nəticə etibarilə “Nokia” telefonları birinci olub. Belə ki, istifadəçilərin böyük əksəriyyəti (74,1 faizi) “MobiTel” zəmanətli bu markadan olan mobil telefonlara və smartfonlara üstünlük verdiyi məlum olub.




RƏVAN   





07/03/12    Çap et