Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sərt disk sahəsində yaranmış durğunluq aradan qalxacaq


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Trendfocus” analitik agentliyinin fikrinə görə, 2012-ci ildə “HDD” sahəsi  Taylandda baş vermiş daşqın və dünya iqtisadiyyatındakı qeyri-iqtisadi vəziyyətlə bağlı yaranmış bütün çətinliklərin öhdəsindən gələcək və fəal surətdə inkişaf etməyə davam edəcək. Mütəxəssislər tərəfindən dərc edilmiş hesabata əsasən, yaxın 3 il ərzində dünyada 2,3 milyard ədəd sərt disk tədarük ediləcək.

"Sərt disklər hələ uzun müddət məlumatların saxlanılması üçün əsas qurğu növü olaraq qalacaqlar" – “Trendfocus”-un prezidenti Mark Ginen  bildirib.

 2011-ci ildə istehsal edilmiş sərt disklərin ümumi tutumu 335 ekzabayt təşkil edib. Lakin 3 il sonra bu göstərici üçqat arta bilər.

"Biz bütün amilləri nəzərə alaraq, sərt disk sahəsinin gələcək inkişafını  müsbət qiymətləndiririk. 2014-cü ildə sərt disk tədarüklərinin 830 milyonu ötəcəyini proqnozlaşdırırıq" - Mark Ginen bildirib.


 
EMİL
 
 





07/03/12    Çap et