Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«E-hökumət» quruculuğuna görə Azərbaycan dünya ölkələri arasında 96-cı yerdədir


Azərbaycan elektron hökumətin quruculuğuna görə 2012-ci ildə 193 ölkə arasında 96-ci yeri tutub. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu göstərici BMT-nin İqtisadi və Sosial İnkişaf Departamentinin «E-idarəçilik 2012» hesabatında açıqlanıb.

Bu hesabatda ictimai xidmətlərin təmin edilməsində informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə üzrə dövlət orqanlarının hazırlığı və imkanları qiymətləndirilib. Burada ölkələrin reytinqi 3 əsas komponentə əsaslanaraq sıralanıb. Bura onlayn xidmətlərin miqyası və keyfiyyəti, İKT infrastrukturu və insan kapitalının inkişaf səviyyəsi daxildir.

«E-hökumət»in hazırlıq reytinqinə görə  1-ci yeri Cənubi Koreya tutub. İlk beşliyi isə müvafiq olaraq Hollandiya, Britaniya, Danimarka və ABŞ tamamlayır.Keçmiş Sovet İttifaqı ölkələri arasında ən yaxşı göstərici Estoniya (20 yer), Rusiya (27) və Litvadadır (29).


 
 
SEYMUR





07/03/12    Çap et