Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"VKontakte" administrasiyası “iPhone”-a əlavə yaratmaq üçün 5 milyon rubl ödəyəcək


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, "VKontakte" sosial şəbəkəsinin administrasiyası “iPhone” smartfonu üçün messencerin yaradılması ilə bağlı müsabiqə elan edib. Bunun üçün sosial şəbəkə administrasiyası 5 milyon rubl ödəməyə hazırdır.

Sosial şəbəkə administrasiyası proqramçılara yaradılacaq messencerin struktur və interfeysini təqdim edəcək. Müsabiqə iştirakçıları "VKontakte" sosial şəbəkəsində “API”-dən istifadə etməklə messencerin proqram hissəsini mart ayının 9-dan aprel ayının 20-si tarixinədək reallaşdırmalıdırlar.

Messencer ilə bağlı işlər tamamlandıqdan sonra müsabiqə iştirakçıları bir-birlərinin işlərini qiymətləndirmək üçün hazır əlavəni “App Store” onlayn mağazasında yerləşdirməli olacaqlar. 5 milyon rubl həcmində mükafat fondu qaliblər arasında bölünəcək.

Qeyd edim ki, "VKontakte" sosial şəbəkəsinin gündəlik auditoriyası 33 milyon istifadəçidən ibarətdir. Resursda 100 milyondan artıq hesab qeydiyyatdan keçib.
 
EMİL





07/03/12    Çap et