Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN “elektron imza”ların kütləvi istifadəsinə hazırdır


"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mərkəzləri "elektron imza"ların kütləvi istifadəsinə hazırdır. İstənilən qədər elektron imza hazır edə bilirik. Qanuna görə, "elektron imza" 3 illik müddətə verilir. TQDK isə təklif edir ki, bu müddət az olsun. Müddətin az olması həm də "elektron imza"nın qiymətinin ucuz olmasına zəmin yaradır".

Bu sözləri RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlərin elektron imzadan kütləvi şəkildə istifadə etməsi üçün qiymətlərin endirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Qeyd edək ki, "e-imza" fərdi şəxslərə 20-30 manata verilir.




07/03/12    Çap et