Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Asteroidləri “Unix” yaradıcılarının şərəfinə adlandırıblar


İki asteroid proqramçılar Kennet Tompson və Dennis Ritçinin şərəfinə adlandırılıb. Qeyd edim ki, “Unix” əməliyyat sisteminin yaradılmasında bu iki alimin böyük rolu var.

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, proqramçılar Tompson və Ritçinin şərəfinə adlandırılmış asteroidlər 2008-ci ildə astronomlar Tom Qlinos  və Devid Levi tərəfindən kəşf edilib.

Məlumat üçün bildirim ki, Dennis Ritçi və Ken Tompson 1960-cı illərin sonlarında “Unix” əməliyyat sisteminin ilkin versiyasını hazırlayan “Bell Labs”-ın əməkdaşları qrupuna daxil idilər. Bir neçə ildən sonra alimlər “C” proqramlaşdırma dilini təqdim etdilər.

“C” proqramlaşdırma dilinin ilk əvvəl yalnız “Unix” əməliyyat sistemi üçün nəzərdə tutulmasına baxmayaraq, o, tezliklə digər əməliyyat sistemlərinə də uyğunlaşdırıldı və indiyə qədər istifadə edilir.
 
EMİL
 





09/03/12    Çap et