Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gürcüstanın mobil operatoru “zəngimsel” üçün Azərbaycan mahnılarını təqdim edir


Gürcüstanda fəaliyyət göstərən "Geocell" mobil operatoru  azərbaycanlıların adına olan nömrələrə "zəngimsel" olaraq Azərbaycan mahnıları təqdim edir. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Gürcüstanda yaşayan soydaşımız, jurnalist Ramilya Əliyeva məlumat verib.

O bildirib ki, ən çox Üzeyir Mehdizadə və Röya Ayxanın mahnıları populyardır: «Lakin Zaur Aşiqin «Qəşəng-qəşəng» mahnısı çıxdıqdan sonra Üzeyirin və Röyanın mahnılarının populyarlığı azalıb, eləcə də onların "zəngimsel" qiyməti düşüb. "Geocell" bu "qəribə" mahnını 2 lari 50 tetriyə (1 lari – 0.4745 AZN) satır.

"Geocell"ə rəsmi e-mail yazdım ki, mənim nömrəmə gündə 10 dəfə bu kimi təkliflər etməsin. Gürcüstanda isə yarım milyona qədər Azərbaycan türkü yaşayır. Bakıda çıxan mahnılar populyarlaşdıqdan sonra dərhal Gürcüstana da yayılır».
 
 
SEYMUR





09/03/12    Çap et