Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS 5.1” platforması yapon dilində olan səs əmrlərini dəstəkləyir


“Apple” şirkətinin mobil qurğuları üçün nəzərdə tutulmuş “iOS” platforması yenilənib. Yeni versiya “5.1” adlanır. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “iOS 5.1” platforması yapon dilində olan səs əmrlərini dəstəkləyir.

Qeyd edim ki, “iOS 5” platformasının final versiyası 2011-ci ilin oktyabr ayında çıxıb. Onun əsas xüsusiyyətlərindən biri “Siri” adlı səsli idarəetmə  sistemini dəstəkləməsi olub. “Apple” şirkəti o vaxtdan bəri aşkar edilmiş səhvləri aradan qaldırmaq üçün yalnız bir yeniləmə paketi çıxarmışdı.

“iOS 5.1” platformasını “iPhone 4”, “4S” və “3GS” smartfonlarının, birinci və ikinci nəsil “iPad” planşet kompyuterlərinin, həmçinin üçüncü və dördüncü nəsil “iPod touch” multimedia pleyerlərinin sahibləri pulsuz olaraq yükləyə və quraşdıra bilərlər. Mart ayının 7-si tarixində təqdim edilmiş üçüncü nəsil “iPad” planşetində bu versiya əvvəlcədən quraşdırılacaq.

Məlumat üçün qeyd edim ki, “iOS” platforması ilə işləyən ilk qurğu 2007-ci ildə istehsal edilmiş “iPhone” smartfonu olub.
 
EMİL
 
 





09/03/12    Çap et