Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerika məhkəməsi məşhur İT şirkətinə qadağa qoydu
ABŞ-da məhkəmə "Apple" korporasiyasına 2012-ci ilin yanvar ayında müflis olmuş "Eastman Kodak" şirkəti ilə patent mübarizəsi aparmağı qadağan edib.
"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "Apple" şirkəti "Kodak" şirkətinə qarşı patent iddiasını hələ 2010-cu ildə verib. O zaman "Apple" şirkəti fotoaparat istehsalçısını bir neçə patentinin pozulmasında ittiham etmişdi.
Məlumat üçün bildirim ki, XX əsrin sonunda fotoaparat və fotolent istehsalında liderlərdən biri olmuş "Kodak" şirkəti son bir neçə ildə xeyli maliyyə ziyanına məruz qaldı. Şirkətin səhmlərinin qiyməti 1997-ci ildə 92 dollar təşkil edirdi. 2012-ci ilin əvvəlində isə səhmlərin qiyməti 47 sentə qədər azaldı.
Hazırda "Eastman Kodak" şirkəti istehsalını tədricən azaldır. Şirkət bu yaxınlarda rəqəmli foto və videokamera, həmçinin elektron fotoçərçivə istehsalını dayandırdı.
EMİL
09/03/12 Çap et