Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vaşiniqtonda peyk rabitəsi müzakirə olunacaq


12 mart tarixində Vaşinqtonda (ABŞ) “Walter E. Washington Convention Center”də işə başlayan “SATELLITE 2012” sərgi-konfransı mart ayının 15-ə qədər davam edəcək.

Tədbirdə dünyanın 70 ölkəsindən 9500-dən çox mütəxəssisin praktik təcrübəni öyrənmək, yeni texnologiyaları sınaqdan keçirmək və fikir mübadiləsi aparmaq üçün iştirak edəcəyi gözlənilir. Sərgi-konfransda peyk rabitəsindən istifadənin bütün aspektlərinə toxunulacaq: müdafiədə, fövqəladə vəziyyətlərdə, müəssisələrdə və s.

Konfrans çərçivəsində sahənin liderləri və qlobal peyk bazarında novatorların iştirakı ilə 50-dən çox maarifləndirici sessiya, dəyirmi masa və müxtəlif müzakirələr baş tutacaq.




10/03/12    Çap et