Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkəti Texasda yeni kampus tikəcək
“Apple” şirkəti Texas ştatının Ostin şəhərində 304 milyon dollar dəyərində yeni kampus tikəcək. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki, nəticədə şirkətin bu şəhərdə çalışan əməkdaşlarının sayı 2 dəfə artacaq.
Qeyd edim ki, “Apple” şirkəti Texas ştatında yerləşən ofisini 2004-cü ildə açıb. Həmin vaxtdan bəri Ostin şəhərində çalışan “Apple” əməkdaşlarının sayı 3,5 min insana qədər artıb.
Texas ştatının qubernatoru Rik Perrinin sözlərinə görə, “Apple” şirkəti layihənin həyata keçirilməsi üçün dövlət fondundan 21 milyon dollar həcmində maliyyə yardımı alacaq, həmçinin vergi güzəştləri mümkündür.
EMİL
10/03/12 Çap et