Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər antivirus proqramının mənbə kodunu dərc ediblər
“Anonymous” haker qruplaşması “Symantec” antivirus şirkətinə hücumlarını davam etdirib.
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, hakerlər açıq girişdə “Symantec Norton AntiVirus 2006 All Platform Source Code” adlı təxminən 1,07 QB tutuma malik arxiv dərc ediblər.
“BusinessInsider” nəşrinin məlumatına görə, arxivdə fərdi və korporativ istifadəçilər üçün 2006-cı ilin “Norton Antivirus” versiyalarının mənbə kodları yerləşdirilib.“Symantec” nümayəndələri bildiriblər ki, şirkət hakerlərin bəyanatı haqqında xəbərdardır.
Qeyd edim ki, “Symantec”-in bir sıra məhsullarının mənbə kodlarının ələ keçirilməsi haqqında ilk dəfə cari il yanvarın əvvəlində məlum oldu. “Symantec” sirkətindən təsdiq etdilər ki, korporativ şəbəkələrin (“Symantec Endpoint Protection 11.0” və “Symantec Antivirus 10.2”) informasiya təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulmuş məhsulların kodunun bir hissəsi, həqiqətən, hakerlərin əlinə keçib. Lakin həmin mənbə kodlarının köhnəlmiş proqram təminatına aid olduğu bildirilirdi.
Sonradan məlum oldu ki, hakerlər “pcAnywhere” proqram təminatının mənbə kodunu ələ keçiriblər. “pcAnywhere” proqram təminatı fərdi kompyuterə məsafədən çıxış əldə etmək üçündür. Həmçinin bu proqramın mənbə kodunu fevralın əvvəlində fayl mübadiləsi saytında yerləşdirdilər. Şirkət isə yanvarın 31-də yeniləmə paketi çıxartdı.
Qeyd edim ki, “Symantec” - informasiya təhlükəsizliyinin təmin edilməsi üçün proqram təminatı hazırlaması üzrə dünyada ən böyük şirkətdir.
10/03/12 Çap et