Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur veb-səyyahı proqramçıların təzyiqinə tab gətirmədi


"Google Chrome" veb-səyyahı İT mütəxəssislərin təzyiqinə tab gətirmədi  və bir neçə dəqiqə ərzində "sındırıldı".

"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "CanSecWest" konfransı çərçivəsində təşkilatçılar hər il "Pwn2Own" müsabiqəsini keçirirlər. Bu müsabiqə çərçivəsində təşkilatçılar bütün iştirakçılara öz imkanlarını yoxlamağı və "Google Chrome" veb-səyyahının son versiyasını "sındırmağ"ı təklif etdilər. Keçən il müsabiqədə heç kim qalib gələ bilmədi, çünki hakerlər təyin edilmiş müddət ərzində "Chrome" veb-səyyahını "sındırmağa" müvəffəq olmadılar.

Bu il "Google" şirkəti veb-səyyahda boşluq aşkar edə bilən hakerlər üçün 1 milyon dollar həcmində mükafat fonduna söz vermişdi. Söhbət veb-səyyahın "Windows 7" əməliyyat sistemində işləyən versiyasına aid idi. Qeyd edim ki, "Chrome" veb-səyyahı bu il "çökdü".

Belə ki, müsabiqə başlandıqdan bir neçə dəqiqə sonra "Google" üçün boşluqlar haqqında informasiya verən proqramçı Serqey Qlazunov eksploit təqdim etdi. Həmin eksploit "Google Chrome" veb-səyyahı üzərindən kompyuterə tam giriş əldə etməyə imkan verir. Bu boşluğu aşkar etdiyinə görə Serqey Qlazunov 60000 dollar qazandı.
 
EMİL
 





10/03/12    Çap et