Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google+” sosial şəbəkəsi auditoriyasını ikiqat artıracaq
Amerikanın “Google” korporasiyası “Google+” sosial şəbəkəsinin istifadəçilərinin sayını ikiqat artırmağı hesablayır. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki, hazırda sosial şəbəkə istifadəçilərinin sayı təxminən 100 milyon təşkil edir.
İnternet-nəhəng 2012-ci il ərzində istifadəçilərin sayını 200 milyona çatdırmağı planlaşdırır,- “Google” şirkətinin sosial xidmətlər üzrə vitse-prezidenti Vika Qundotra (Vic Gundotra) qeyd edib.
Məlumat üçün bildirim ki, “Google+” sosial şəbəkəsi 2011-ci il iyun ayının 28-də istifadəyə verilib. Sentyabr ayından etibarən xidmətdə açıq qeydiyyat mümkün olub. Hazırda “Google+” sosial şəbəkəsində 100 milyon istifadəçi qeydiyyatdan keçib. Müqayisə üçün: bu, “Facebook” sosial şəbəkəsinin göstəricisindən 8 dəfə aşağıdır.
EMİL
12/03/12 Çap et