Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gənclər Birliyinin təsis qurultayında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində İKT-nin tətbiqi müzakirə olunacaq
Bu gün Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı işinə başlayıb. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələri, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak edir. Qurultay çərçivəsində 3 panel üzrə müzakirələr keçiriləcək.
Birinci paneldə "Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası mədəniyyətlərarası dialoqun vacib elementlərindən biri kimi" mövzusu ətrafında məruzələr ediləcək, müzakirələr aparılacaq.
İkinci panelin mövzusu "Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında", üçüncü panelin mövzusu isə "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi" olacaq.
CAHANGİR
12/03/12 Çap et