Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Biləsuvar və Cəlilabad şəhərlərində “Azercell Ekspress” ofisi açıldı
Şirkət bölgələrdəki "Ekspress" ofislərinin sayını 24-ə çatdırdı
"Azercell Telekom" MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda və regionlarda "Azercell Ekspress" ofislərinin sayını artırmaqdadır. Şirkətin bu günlərdə daha 2 rayonda "AzEx" ofisi fəaliyyətə başlayıb. Belə ki, şirkət martın 9-da Biləsuvar və Cəlilabad şəhərlərində yeni "AzEx" ofisini abonentlərin istifadəsinə verib.
Bununla da şirkət bölgədəki "AzEx" ofislərinin sayını 24-ə çatdırıb. Qeyd edək ki, Biləsuvar və Cəlilabadda fəaliyyətə başlayan "AzEx" ofisi də "bir nöqtədə üç xidmət"("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abonent "Azercell Ekspress" ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər.
Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.
"Azercell" şirkəti tək Azərbaycanda deyil, bütün regionda "bir nöqtədə üç xidmət" konsepsiyasını təqdim edən ilk şirkətdir. Xatırladaq ki, "Azercell"-in Bakıda 16, rayonlarda isə 24 "Ekspress" ofisi fəaliyyət göstərir.
Şirkət bu ilin sonuna qədər Bakıda və regionlarda "Azercell Ekspress" ofislərinin sayını artırmaq niyyətindədir.
12/03/12 Çap et