Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərfon” telefon haqları region poçt şöbələrində də qəbul olunacaq
Regionlarda poçt şöbələrində "Azərfon" telefon haqları qəbul olunacaq. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə "Azərpoçt"MMC-dən verilən məlumatda bildirilir. Bütün poçt şöbələrində xidmətin təşkili üçün tərəflər arasında müqavilə hələ ötən il imzalansa da, texniki problemlər üzündən məsələ yalnız Bakı çərçivəsində həllini tapmışdır.
Artıq bu istiqamətdə irəliləyişlərə nail olunub və müəssisədən verilən məlumatda bildirilir ki, yaxın günlərdə bütün region poçt şöbələrində adıçəkilən mobil operatorun telefon haqları qəbul ediləcək.
Xatırladaq ki, bir neçə il əvvəl "Azercell" və "Bakcell"MMC-lərin abunəçilərindən xidmət haqlarının qəbulu təşkil edilib.
RƏVAN
12/03/12 Çap et