Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hansı rayon internetdən çox istifadə edir?
Regionlar üzrə genişzolaqlı internet abunəçilərinin sayına görə Sumqayıt liderliyini qoruyub saxlayır (24 faiz). Sonrakı yerləri müvafiq olaraq Gəncə(17 faiz), Qusar (16 faiz), Şirvan (15 faiz), Zaqatala (13 faiz), Abşeron (12 faiz ) tutur.
”Aztelekom”İB-dən verilən məlumata görə, burada əlbəttə ki, bölgələrdə genişzolaqlı internet abunəçilərinin sayının artmasına yeni NGN texnologiyasının tətbiqi böyük təsir göstərib. Ölkənin ikinci və üçüncü şəhərlərində də bu texnologiyanın tətbiq edilməsi deyilənlərə əsaslanır.
Ancaq “Aztelekom”İB üzrə ADSL abunəçilərinin sayına görə, sıralanmada NGN texnologiyasının tətbiq edildiyi şəbəkələri bir kənara qoysaq, “aztelekom.net” internet provayderi üzrə Zaqatalada TKQ 1700 abunəçiylə birinci yerdədir və sonrakı yerləri Şirvan 1200, Quba və Lənkəran 1100, Şəki 1000 abunəçiylə uyğun yerləri tuturlar.
RƏVAN
12/03/12 Çap et