Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Communicator” adlı şəxsi gözətçi
"Communicator" adlı qurğu dizayner Anders Lassen (Anders Lassen) tərəfindən hazırlanıb. "Communicator" – bu, yaşlı insanların təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulmuş qurğudur.
"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, bir çox qoca insanlar yardım çağıra bilməyəcək vəziyyətdə olmaqdan qorxurlar. Həmçinin, yaşlı insanların bir çoxu yüksəktexnologiyalı smartfonlardan istifadə etməyi sevmirlər. "Communicator" qurğusu fövqəladə vəziyyət halında məlumatların qəyyum və ya qohumun telefonuna ötürülməsi üçün simsiz texnologiyadan istifadə edir.
EMİL
12/03/12 Çap et