Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İntellektual kartlar və informasiya texnologiyalarının təhlükəsizlik sistemləri” IX Beynəlxalq sərgi və konfrans keçiriləcək
24-27 aprel 2012-ci il tarixlərdə Moskvada CARDEX & IT SECURITY 2012 – "İntellektual kartlar və informasiya texnologiyalarının təhlükəsizlik sistemləri" mövzusunda IX Beynəlxalq sərgi və konfrans keçiriləcək.
Müasir dövrdə smart-kart, informasiya texologiyalarının mühafizəsi və identifikasiya mövzuları təhlükəsizliyin təmini məsələlərinin ayrılmaz tərkib hissəsi olduğu üçün bu kimi tədbirlərin keçirilməsi sözügedən sahədə mövcud problemlərin həlli yollarının araşdırılması, müxtəlif metod və vasitələrin təklifi, bilik və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. İndentifikasiya (RFID, biometriya), audentifikasiya texnologiyaları, kartların istehsalı və fərdiləşdirilməsi, informasiyanın texniki mühafizə vasitələri, proqram təminatı məsələləri tədbirin əsas istiqamətlərindəndir.
Qeyd edək ki, hər il sərgidə dünyanın 10-dan artıq ölkəsindən 90-dan çox şirkət, həmçinin 2000-dən artıq mütəxəssis iştirak edir.
13/03/12 Çap et