Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AZEVROTEL” MMC Novruz Bayramı münasibətilə güzəştli kampaniya keçirir.


“AZEVROTEL” MMC  Novruz Bayramı münasibətilə mart ayının 7-dən aprel ayının 1-nə qədər bəzi xidmətlərə  güzəştli tariflər tətbiq etməklə yeni kampaniya həyata keçirir. Bu barədə “İCTnews”  elektron xəbər xidmətinə MMC-dən məlumat verilib.

Kampaniya çərçivəsində texniki imkan olan bütün ərazilərdə əhaliyə 2-ci telefon, təşkilatlara isə məhdudiyyətsiz sayda telefonlar 50 faiz  güzəştli tariflə, “İAD” avadanlığı (dəyəri tam ödənilmək şərtilə) və ya “SİP” protokolu ilə virtual nömrələr təşkilatlar üçün  hər bir  nömrə 20 manat tarifi ilə çəkiləcək.

Bundan əlavə, ayrılmış xətlə limitsiz internet xidmətlərindən istifadə etmək istəyən abunəçilərə ayrılmış xəttin birdəfəlik qoşulması pulsuz təmin ediləcək və ayrılmış xətlə internetə 1024 kbit/s sürətlə yeni qoşulan abunəçilərə limitsiz internet xidmətləri 1 ay müddətinə 15 manat, 2048 kbit/s sürətlə yeni qoşulanlara 1 ay müddətinə 20 manat, 3072 kbit/s sürətlə yeni qoşulan abunəçilərə isə internet xidmətləri 1 aylıq 25 manat tariflə göstəriləcək.


CAHANGİR





13/03/12    Çap et