Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter”də dərc olunan yazılar digər sosial şəbəkələrə inteqrasiya olunacaq
“Twitter” mikrobloqlar xidməti “Posterous” bloq-platformasını satın alması haqqında elan edib. Bu barədə “Twitter”in korporativ bloqu bildirib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Posterous” bloq-platformasının istifadəçilərinin sayı heç də çox deyil, lakin platforma bir sıra faydalı texnoloji xüsusiyyətlərə malikdir.
Belə ki, materialın dərc edilməsi sadədir, materialın istənilən formatda import edilməsi, həmçinin yazıların digər bloq-sistem və sosial şəbəkələrə eksportu mümkündür və s. Onun bazarda əsas rəqibi “Tumblr” xidməti hesab edilir.
Sazişin qiyməti haqqında məlumat verilmir."Biz “Posterous”-un istedadlı komandasını salamlayırıq" – “Twitter”in bəyanatında qeyd olunub.Məlumat üçün bildirim ki, hazırda “Twitter” mikrobloqlar xidmətinin istifadəçilərinin sayı 200 milyon təşkil edir.
EMİL
13/03/12 Çap et