Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wikipedia”nın təsisçisi Britaniya hökumətinin məsləhətçisi olub


Dünyanın ən böyük onlayn-ensiklopediyası olan “Wikipedia”nın təsisçisi Cimmi Uels Britaniya hökumətinin məsləhətçilərindən biri təyin edilib. Bu barədə “The Daily Telegraph” qəzeti məlumat verib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, Cimmi Uels və digər təyin edilmiş məsləhətçilərin xidmətlərindən ilk növbədə nazirlər deyil,  məmurlar istifadə edəcək.

Cimmi Uels müxtəlif innovasiya texnologiyaları ilə bağlı məsləhətlər verəcək. Bundan əlavə, onun təcrübəsi Britaniya internet-istifadəçilərini  "açıq hökumət" təşəbbüsünün işinə cəlb etməyə kömək etməlidir.

Məlumat üçün bildirim ki, “Wikipedia” onlayn-ensiklopediyası 2001-ci ildə yaradılıb və hazırda dünyada ən böyük onlayn-ensiklopediyadır. Onlayn-ensiklopediyada dünyanın 280-dən çox dilində 20 milyondan çox məqalə mövcuddur.
 
EMİL
 





13/03/12    Çap et