Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet şirkəti sosial şəbəkəyə qarşı


“Yahoo” internet şirkəti “Facebook” sosial şəbəkəsini öz patentlərinin pozulmasında ittiham edərək ona qarşı məhkəmə iddiası verib. Qeyd edim ki, Kaliforniyada dairə məhkəməsinə müvafiq müraciət verilib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, iddiada 10 patentin pozulması qeyd olunub.
Məlumat üçün bildirim ki, “Yahoo” internet-şirkətinin “Facebook”a qarşı mümkün ola biləcək iddiası haqqında 2012-ci il fevralın 27-də “New York Times” qəzeti bildirmişdi.

Qəzetin məlumatına görə, “Yahoo” internet şirkəti “Facebook”u onun patentlənmiş texnologiyalardan istifadə hüququnu almaq təklifindən imtina etməsi halında məhkəməyə verməyi planlaşdırırdı.


 
EMİL





13/03/12    Çap et